“Azərbaycan və Türkiyə ilə elektrik verilişi xətlərinin çəkilməsi Ermənistanın enerji təhlükəsizliyinə töhfə verəcək”.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə keçirdiyi birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, “Sülh kəsişməsi” layihəsinin reallaşdırılması və nəqliyyat əlaqələrinin açılması kontekstində, nəqliyyat sahəsində qarşılıqlı əlaqənin təmin edilməsinə paralel olaraq, Türkiyə və Azərbaycanla energetika sahəsində qarşılıqlı əlaqənin genişləndirilməsi vacibdir:
“Bu, elektrik verilişi xətlərinin və birləşdiricilərin tikintisinə aiddir ki, bu da həm enerji təhlükəsizliyinə, həm də yaşıl keçidə töhfə verə bilər”.
Xatırladaq ki, Ursula Fon der Lyayen iyulun 1-də Bakıya səfəri zamanı Avropa İttifaqının Cənubi Qafqazın nəqliyyat əlaqələrinin inkişafına 200 milyon avro ayıracağını bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər