83 yaşlı kişinin bıçaqlanmış meyiti tapıldı

83-yasli-kisinin-bicaqlanmis-meyiti-tapildi
Oxunma sayı: 321

Bakıda müəmmalı ölüm hadisəsi baş verib.

“Qafqazinfo” Lent.az-a istinadən xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.

Belə ki, 1943-cü il təvəllüdlü qəsəbə sakini İsmayıl Yusifovun üzərində bıçaq xəsarətləri olan meyiti yaşadığı evdə aşkar edilib.

Hadisənin motivi məlum deyil. 

Hazırda faktla bağlı araşdırma aparılır.