Kozinoğlunun ölüm dəbəbi açıqlandı - Detallar

kozinoglunun-olum-debebi-aciqlandi
Oxunma sayı: 821

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı yenidən açılan istintaqda Məhkəmə Tibb Qurumu müayinələrə əsasən onun ölümünün ürək xəstəliyindən qaynaqlandığını müəyyən edib.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, qurumun 1-ci İxtisas Şurasının hesabatına əsasən, 12 noyabr 2011-ci ildə Silivri 1 saylı Həbsxanadan Silivri Dövlət Xəstəxanasına köçürülərkən ölən Kozinoğlu 13 noyabr 2011-ci ildə flüoroskopiya, morfoloji müayinə və yarılmadan keçirilib, zəruri toksikoloji və histopatoloji nümunələr götürülüb.

Ürək müayinəsi zamanı orqanda ağırlığın artması, kameraların bir qədər genişlənməsi, aortada və ürəyi təmin edən damarlarda sərtləşmiş və xoralı ateroma lövhələri, həmçinin ürək bölmələrində yüngül solğunluq və hiperemik ləkələr aşkar olunub. Bunun əsasında Məhkəmə 10 fevral 2012-ci ildə Silivri Baş Prokurorluğuna ölümün ürək-damar xəstəliyindən qaynaqlandığı haqqında ilkin rəyi göndərib.

Silivri Baş Prokurorluğunun ölümün təbii səbəblərdən olub-olmadığını, üçüncü tərəfin müdaxiləsini, dəqiq səbəbini və vaxtını müəyyənləşdirmək üçün 2 sentyabrda verdiyi sorğudan sonra 12 sentyabrda ekshumasiya həyata keçirilib, mülki sənədlər, təhlükəsizlik kameraları və tibbi qeydlər araşdırılıb. Kimyəvi müayinədə molibden, kadmium, sürmə, qurğuşun, kobalt, nikel, arsen və vanadium təyin edilsə də, narkotik, stimullaşdırıcı maddələr, əczaçılıq aktiv maddələri, insektisidlər tapılmayıb. Radioaktivlik göstəriciləri təbii fond səviyyəsini aşmayıb.

Sümük müayinəsində aşkar edilən döş və qabırğa sınıqlarının reanimasiya və yarılma prosedurları zamanı meydana gəldiyi təsdiqlənib, başqa hər hansı travmatik və ya patoloji tapıntıya rast gəlinməyib. Dırnaq nümunəsində antimon səviyyəsi yüksək olsa da, uzunmüddətli məruzqalma əlamətləri və ya ölümdən əvvəl şiddətli ürəkbulanma, qusma, ishal və mədə-bağırsaq qanaxması kimi toksiki reaksiyalar müşahidə edilməyib.

Ekspert Şurası şəxsin travmatik təsirdən və ya zəhərlənmədən öldüyünə dair tibbi dəlillərin olmadığını, sinə ağrısı zamanı verilən izosorbid dinitrat tərkibli dərmanın ölümə heç bir təsiri olmadığını və ölümün ürək xəstəliyindən qaynaqlandığını yekun olaraq bildirib.

Silivri Baş Prokurorluğu isə hesabatdakı tapıntıların Məhkəmə Tibbi Baş Assambleyası tərəfindən də araşdırılmasını tələb edəcək.