“Şərur” MTK-nın rəhbəri İsfəndiyar Axundov MTK-nın mərkəzi ofisində Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri ilə görüş keçirib.
Görüşdə tikinti sektorunun inkişaf perspektivləri, müasir memarlıq və tikinti texnologiyaları, şəhərsalma, eləcə də tikintidə ekoloji problemlər və onların həlli yolları müzakirə olunub.
Tədbirdə Meliorasiya və Su Təsərrüfatı Tikintisi kafedrasının müdiri, professor Zakir Musayev, dosent Mansur Zərbəliyev və assistent Rahilə Mehtiyeva iştirak ediblər.
İsfəndiyar Axundov tikinti sahəsindəki uzunillik peşəkar təcrübəsini tələbələrlə bölüşərək onların suallarını cavablandırıb. O, nəzəri biliklərin praktiki təcrübə ilə tamamlanmasının, keyfiyyət və ekoloji məsuliyyətin əhəmiyyətini xüsusi vurğulayıb.
Sonda universitetin professor-müəllim heyəti və tələbələri İsfəndiyar Axundova görüşə görə təşəkkür ediblər.





Son xəbərlər
Son Xəbərlər