Bakıda yanan 64 yaşlı kişi öldü

bakida-yanan-64-yasli-kisi-oldu
Oxunma sayı: 1391

Bakıda yanıq xəsarətləri alan şəxs ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə dünən saat 14 radələrində Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1962-ci il təvəllüdlü Xanəli Məmməd oğlu İsmayılov termiki yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.