9 ayda ölkəyə ən çox bu mallar gətirilib - Siyahı

9-ayda-olkeye-en-cox-bu-mallar-getirilib
Oxunma sayı: 1483

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 178 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.

“Qafqazinfo” Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bu dövrdə 127 ölkəyə məhsul ixrac edilib, 169 ölkədən isə məhsul idxal olunub.

2026-cı ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 38898,5 milyon ABŞ dolları təşkil edib. Bu dövrdə 12206,7 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.

2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi nominal ifadədə 10,3 faiz artıb, real ifadədə isə 14,7 faiz azalıb.