“Tourgood Travel” Türkiyədə iki birincilik qazandı - Fotolar

tourgood-travel-turkiyede-iki-birincilik-qazandi
Oxunma sayı: 227

Turqut Hüseynovun rəhbərlik etdiyi “Tourgood Travel” şirkəti Türkiyənin Fethiyə bölgəsində keçirilən beynəlxalq mükafatlandırma mərasimində iki nominasiya üzrə birinci yerə layiq görülüb.

“Qafqazinfo” xəbər verir ki, şirkət həm PEGAS Touristik üzrə Azərbaycan bazarında ən yüksək satış göstəricisinə nail olub, həm də Fethiyənin məşhur “XO Cape Arna”, “Liberty Signa” və “Liberty Fabay” hotelləri üzrə Azərbaycandan ən çox satış həyata keçirən turizm şirkəti seçilib.

Mükafatlandırma mərasimi 32 illik beynəlxalq təcrübəyə malik PEGAS Touristik şirkəti tərəfindən təşkil olunub. Tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Gürcüstan və Azərbaycan bazarları üzrə ən yüksək satış nəticələri göstərən tərəfdaş şirkətlər təltif edilib. Azərbaycan üzrə birincilik mükafatı “Tourgood Travel” şirkətinə təqdim olunub.

“Tourgood Travel”in ikinci mükafatı isə “XO Cape Arna”, “Liberty Signa” və “Liberty Fabay” hotelləri üzrə satış nəticələrinə görə verilib. Mükafatı “XO Cape Arna” hotelinin baş direktoru Burc bəy şəxsən şirkətin rəhbəri Turqut Hüseynova təqdim edib.

Şirkətdən bildirilib ki, Turqut Hüseynovun rəhbərliyi ilə “Tourgood Travel” son beş il ərzində əməkdaşlıq etdiyi beynəlxalq turoperatorlar üzrə müxtəlif istiqamətlərdə yüksək satış nəticələri əldə edib. Antalya, Bodrum, İstanbul, Fethiyə, Doha, Misir, Dubay və Maldivlər şirkətin əsas turizm istiqamətləri sırasındadır.

“Tourgood Travel”in rəhbəri Turqut Hüseynov əldə olunan nəticələrin turistlərin etimadı, komandanın peşəkar fəaliyyəti və tərəfdaşlarla qurulan etibarlı əməkdaşlığın nəticəsi olduğunu bildirib.

Beləliklə, “Tourgood Travel” Türkiyədə keçirilən mükafatlandırma mərasimində iki birincilik əldə edərək Azərbaycan turizm şirkətləri arasında növbəti uğurunu qeyd edib.