ABŞ-də keçirilən aralıq seçkilərin ilk nəticələri bəlli olmağa başlayıb.
“Qafqazinfo” xəbər verir ki, “Associated Press” (AP) agentliyinin təqdim etdiyi qeyri-rəsmi nəticələrə əsasən, səsvermə məntəqələrinin bağlandığı ştatlarda Nümayəndələr Palatası üzrə ilk qaliblər artıq müəyyənləşib.
Açıqlanan son məlumatlara görə, Nümayəndələr Palatasında Demokratlar indiyədək 126 yer, Respublikaçılar isə 72 yer qazanıblar. Demokratlar Palatasının Azlıq Lideri Hakim Ceffris və konqresmen Aleksandriya Okasio-Kortez yenidən seçilərək mandatlarını qorumağı bacarıblar. Diqqətçəkən məqamlardan biri də əvvəllər Respublikaçıların nəzarətində olan 2 mandatın bu seçkilərdə Demokratların xeyrinə dəyişməsidir.
Qeyd edək ki, Nümayəndələr Palatasında mütləq səs çoxluğu qazanmaq və nəzarəti ələ almaq üçün partiyalardan birinin ən azı 218 yer əldə etməsi tələb olunur.
Xatırladaq ki, ABŞ-də keçirilən aralıq seçkilərdə ölkə vətəndaşları öz ştatlarında qubernatorları və digər yerli idarəetmə vəzifəli şəxslərini, həmçinin Konqresin Nümayəndələr Palatasındakı 435 yerin hamısını və Senatdakı 100 yerdən 35-ni seçirlər. Ölkənin seçki sisteminə əsasən, Nümayəndələr Palatasının 435 üzvünün hamısı hər iki ildən bir - növbə ilə prezident seçkiləri və aralıq seçkilər zamanı səsverməyə gedir. Altı illik müddətə seçilən 100 nəfərlik Senat üzvlərinin (senatorların) üçdə bir hissəsi də hər iki ildən bir yenidən seçilir.
***
İndiyə olan məlumatlara görə, Demokratlar Senatda 51, Respublikaçılar 39 yer, Nümayəndələr Palatasında Demokratlar 168, Respublikaçılar isə 104 yer qazanıblar.
***
Demokratlar Partiyası Konqresin Nümayəndələr Palatasında üstünlüyü əldə edib.
ABŞ-də keçirilmiş aralıq seçkilərinin ilkin nəticələrinə görə, Demokratlar Nümayəndələr Palatasında 224, Respublikaçılar 135 yer əldə ediblər.
Senatda isə Demokratlar 54, Respublikaçılar 42 yer qazanıblar.
Qeyd edək ki, Nümayəndələr Palatasında çoxluğu formalaşdırmaq üçün cəmi 218 yer tələb olunur.
Son xəbərlər
Son Xəbərlər