19 yaşlı tələbə suda boğuldu - Foto-Yenilənib

19-yasli-telebe-suda-boguldu
Oxunma sayı: 1428

Cəlilabadda 19 yaşlı gənc suda boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Privolnye kəndində baş verib.

2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu kənd ərazisindəki su hövzəsində çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

***

Report-un məlumatına görə, Elşən Abbasov Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin sonuncu kursunda təhsil alırdı və iyul ayında hərbi xidmətə yola düşəcəkdi.