Yasamalda Zəfər Günü münasibətilə bayram tədbiri keçirildi - Fotolar

yasamalda-zefer-gunu-munasibetile-bayram-tedbiri-kecirildi
Oxunma sayı: 256

8 Noyabr – Zəfər Günü münasibətilə Yasamal rayonunda bayram tədbiri təşkil olunub.

“Qafqazinfo” xəbər veir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Milli Məclisin deputatları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının rəhbərliyi, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığının və Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyinin tarixi Qələbənin əldə olunmasında həlledici rol oynadığını vurğulayıb.Qeyd olunub ki, 2020-ci il noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi Azərbaycan tarixinin ən şanlı səhifələrindən birinə çevrilib. Bu Zəfər xalqımızın milli qürurunu, dövlətimizin gücünü və ərazi bütövlüyümüzün bərpası istiqamətində nümayiş etdirdiyi iradəni bütün dünyaya göstərib.

Çıxışda Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, qazilərimizin qəhrəmanlığı və fədakarlığı xüsusi vurğulanıb. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlət qayğısının əhəmiyyətindən bəhs olunub.

Rəsmi hissədən sonra tədbir konsert proqramı ilə davam edib. Tanınmış incəsənət nümayəndələrinin ifasında vətənpərvərlik ruhunda musiqilər səsləndirilib, iştirakçılara bayram əhval-ruhiyyəsi bəxş edilib.Bayram tədbiri iştirakçılarda böyük qürur və fəxarət hissi yaradıb.