İranın strateji baxımından mühüm əhəmiyyətə malik Qeşm adası və Hörmüz boğazına yaxın Bəndər Xamir şəhəri ətrafında ardıcıl partlayışlar qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, İran mediasında yer alan ilkin ehtimallara görə, partlayış səsləri İran Silahlı Qüvvələrinin Hörmüz boğazından keçməyə çalışan gəmilərə açdığı xəbərdarlıq atəşlərindən qaynaqlana bilər.
Bununla yanaşı, adanın yerli sakinləri ərazidə döyüş təyyarələrinin uçuş səslərinin eşidildiyini və adaya raketə bənzər iki naməlum cismin düşdüyünü iddia ediblər.
Hadisə ilə bağlı İran tərəfindən hələlik heç bir rəsmi açıqlama yayımlanmayıb.
Son xəbərlər
Son Xəbərlər