Moda dünyasında tarixi təyinat - “Balenciaga” ona həvalə olundu

moda-dunyasinda-tarixi-teyinat
Oxunma sayı: 196

Fransanın “Kering” lüks qrupu britaniyalı dizayner Martin Rouzun “Balenciaga” moda evinin kreativ direktoru təyin olunduğunu elan edib.

“Qafqazinfo” xəbər verir ki, Pierpaolo Piççolinin 18 aydan az sürən rəhbərliyindən sonra atılan bu addım brendin satışlarını canlandırmaq məqsədi daşıyır.

Noyabrın 16-da vəzifəsinin icrasına başlayacaq Rouz Avropanın aparıcı lüks moda evlərindən birinə rəhbərlik edən tarixdə ikinci qaradərili qadındır.

“Kering”in baş direktoru Luka de Meo və “Balenciaga”ın rəhbəri Canfranko Cananceli təyinatı tam dəstəkləyərək Rouzun brendin ənənələrə meydan oxuyan cəsur ruhunu əks etdirdiyini bildiriblər.

2007-ci ildə öz brendini quran və Böyük Britaniyanın küçə submədəniyyətlərindən ilhamlanan dizaynerin kolleksiyaları Dreyk, Naomi Kempbell və Timoti Şalame kimi məşhurların sevimli seçimidir. O, daha əvvəl “Nike” və “Supreme” kimi nəhənglərlə əməkdaşlıq edib. “Balenciaga”da kişi geyimlərində böyük təcrübəyə malik olsa da, “Brexit” və logistika problemləri səbəbindən öz markasında kommersiya çətinlikləri yaşayan Rouz üçün bu post karyerasında həlledici dönüş nöqtəsi sayılır.