ABŞ-dən Yaxın Şərqdəki vətəndaşlarına - Xəbərdarlıq

abs-den-yaxin-serqdeki-vetendaslarina
Oxunma sayı: 34

ABŞ Dövlət Departamenti Yaxın Şərq regionunda olan ölkə vətəndaşlarına müraciət edərək onları yüksək sayıqlıq nümayiş etdirməyə çağırıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə qurum “X” hesabında məlumat paylaşıb.

Buna səbəb kimi İran və onun dəstəklədiyi qruplaşmalar tərəfindən silahlı hücum təhlükəsinin kəskin artması göstərilib: “Hazırda Yaxın Şərqdə olan amerikalılar İranın dəstəklədiyi husilərin silahlı hücum təhlükəsinin artması və Tehranın regiondakı ABŞ hökumət rəsmilərini hədəf almaq cəhdləri səbəbindən yüksək sayıqlıq nümayiş etdirməlidirlər”.

Qurum həmçinin amerikalılara uçuşların təxirə salınması, hava məkanının qəfil bağlanması və logistik çətinliklərə qarşı diqqətli olmağı tövsiyə edib. Xəbərdarlıqda ehtimal olunan təhlükələrin konkret detalları barədə əlavə məlumat verilməyib.