Ağdam Muğam Mərkəzində Zəfər Gününə həsr olunmuş bayram tədbiri keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini, Şəhidlər Xiyabanını və “Şəhidlər” Abidə Kompleksini ziyarət edib, önünə gül dəstələri düzərək Ulu öndərin və şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Ağdam Rayon İcra Hakimiyyətinin və YAP Ağdam rayon təşklilatının birgə təşkilatçılığı ilə baş tutan bayram tədbirində Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, aparatın əməkdaşları, YAP Ağdam rayon təşklilatının sədri Mansur Quliyev, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Zəfərin 6-cı ilinə həsr olunmuş rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlamış, şəhidlərin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər 2020-ci ilin sentyabrın 27-dən başlayıb, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrilməsindən, xalqımızın öz liderinin – Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirməsindən, Müzəffər ordumuzun 19-20 sentyabr 2023-cü il tarixlərdə həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasından bəhs ediblər.
Daha sonra Ağdam Musiqi Kollecinin “Qarabağ” instrumental ansamblının müşayiəti ilə Respublikanın əməkdar artisti Fehruz Səxavətin, kollecin müəllim və tələbələrinin təqdimatında xalq və bəstəkar mahnılarından ibarət musiqi nömrələri tədbir iştirakçılarına təqdim edilib.







Son xəbərlər
Son Xəbərlər