Yardımlı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı Ayaz Əsgərov, Milli Məclisin sədr müavini, professor Musa Qasımlı, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ağsaqqallar, şəhid ailələri, qazilər, idarə, müəssisə, xidmət sahələrinin rəhbərləri və rayon ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə hesabat məruzəsi ilə çıxış edən Ayaz Əsgərov yola saldığımız ildə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında baş vermiş mühüm hadisələrdən danışıb. Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmizdə inkişaf və tərəqqi ili olub. Dövlət başçısının siyasəti nəticəsində ölkədə sabitlik və təhlükəsizlik təmin edilib, iqtisadi və sosial sahələrdə mühüm nailiyyətlər əldə olunub. Bu inkişaf Yardımlı rayonunda da əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına və abadlıq işlərinin sürətləndirilməsinə imkan yaradıb. Bu gün Azərbaycanın dünyada ən sürətlə və dinamik inkişaf edən dövlətlərdən biri olduğunu, əhalinin rifah halının ildən-ilə yüksəldiyini vurğulayan Ayaz Əsgərov Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün bərpası və regionda yaranmış yeni reallıqların xalqımızda böyük qürur hissi oyatdığını qeyd edib.
RİH başçısı həmçinin onu da vurğulayıb ki, davamlı olaraq bütün sahələrdə aparılan məqsədyönlü işlər və uğurlu nəticələr rayonumuzun sakinlərini də ruhlandırır, rayon əhalisi ölkə rəhbərinin həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti daim dəstəkləyir və onun ətrafında sıx birləşərək əsl vətəndaş mövqeyi nümayiş etdirir.
A.Əsgərov hesabat dövründə 2025-ci ildə rayonda sosial-iqtisadi, kənd təsərrüfatı, turizm və digər sahələrdə görülmüş işlər və qarşıda duran vəzifələrə dair məlumat verib.
İclasda Milli Məclisin sədr müavini, professor Musa Qasımlı, Prezident Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, YAP Yardımlı rayon təşkilatının sədri Anar Alışov, Yardımlı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Şahlar Əliyev, Yardımlı Su Meliorasiya Sistemlərinin istismarı idarəsinin rəisi Faiq İmanov və şəhid atası Ədalət Qarayev çıxış edib.
Dəyanət Abdullayev ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə daxili və xarici siyasət sahəsində əldə olunmuş uğurlardan, həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, əhalinin sosial rifah halının yüksəldilməsinə yönəlmiş tədbirlərdən söz açıb və Yardımlıda ayrı-ayrı sahələrdə görülmüş işlərdən danışıb.
Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilib və müraciətin mətni iştirakçıların diqqətinə çatdırılıb.










Son xəbərlər
Son Xəbərlər