Belçikada qatarla avtobus toqquşdu - Ölənlər var

belcikada-qatarla-avtobus-toqqusdu
Oxunma sayı: 372

Belçikanın Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub, 4 nəfər ölüb. 

“Qafqazinfo” yerli RTL nəşrinə istinadən xəbər verir ki, ölənlər iki yeniyetmə, sürücü və konduktordur. 

Məlumata görə, toqquşma anında keçiddəki şlaqbaumlar endirilmiş, siqnal işıqları yandırılmış olub. Maşinist qatarı saxlamağa çalışsa da, zərbənin qarşısını almaq mümkün olmayıb. Zərbənin təsirindən mikroavtobus aşıb. 

Qəza zamanı mikroavtobusda yeddi uşağın, qatarda isə 100 sərnişinin olduğu bildirilir. 

Xəsarət alanlar xəstəxanalara çatdırılıb. Onların vəziyyəti barədə hələlik məlumat verilmir.