Azərbaycanda 6 milyon 332 min 229 seçici var.
“Qafqazinfo” xəbər verir ki, bunu ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasda Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
Seçicilərin təqribən 47,59 faizini kişilər, 52,41 faizini isə qadınlar təşkil edir. Onların 42 faizindən çoxu 30-50 yaş aralığındadır.
M.Pənahov bildirib ki, ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü (136 yaş) Tamam Əli qızı Əzizovadır. Ən yaşlı kişi seçici isə 1920-ci il təvəllüdlü (106 yaş) Fərrux Səməd oğlu Hacıyevdir.
MSK sədrinin sözlərinə görə, yaşı 100 və yuxarı olan seçicilərin sayı 209 nəfərdir.
Son xəbərlər
Son Xəbərlər