Xorvatiya yenidən öndə - Yenilənir

xorvatiya-yeniden-onde
Oxunma sayı: 1105

Dünya çempionatının qrup mərhələsinin 3-cü turu davam edir.

“Qafqazinfo” xəbər verir ki, Xorvatiya yığması növbəti mərhələ uğrunda vacib görüşdə Qana ilə qarşılaşır. 

Matçın start fiti saat 01:00-da veriləcək. 

DÇ-2026
Qrup mərhələsi, 3-cü tur

01:00. Xorvatiya – Qana 

***

Matç başladı.

***

Xorvatiya 31-ci dəqiqədə Suçiçlə hesabı açır.

***

Matçda fasilə.

***

İkinci hissə başladı.

***

Qana Lukassenlə 73-cü dəqiqədə hesabı bərabərləşdirir.

***

Vlaşiç 83-cü dəqiqədə hesabı yenidən Xorvatiyanın xeyrinə dəyişir.