Zülfi Vellidağın yeni kitabı təqdim olundu - Fotolar

zulfi-vellidagin-yeni-kitabi-teqdim-olundu
Oxunma sayı: 306

Cəlilabadda yaşayıb-yaradan pedaqoq və şair Zülfi Vellidağın “Qəlbimdən gələn səslər” adlı yeni şeirlər kitabı işıq üzü görüb.

“Qafqazinfo” xəbər verir ki, kitab 26 İyun – Silahlı Qüvvələr Günündə Cəlilabad şəhərində Heydər Əliyev Mərkəzində ictimaiyyətə təqdim edilib.

Müəllifin ikinci kitabı olan topluda vətənpərvərlik, milli dəyərlər, şəhidlik, insan taleyi və sosial mövzulara həsr olunan şeirlər yer alıb.

Tədbirdə Milli Məclisin deputatları, Yazıçılar Birliyinin üzvləri, ictimaiyyət nümayəndələri və ədəbi-mədəni çevrənin təmsilçiləri iştirak ediblər. Çıxış edənlər müəllifin Azərbaycan ədəbiyyatı və təhsil sahəsinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.

Mərasimdə Zülfi Vellidağa təbrik məktubları, “Fəxri diplom” və müxtəlif mükafatlar təqdim olunub.

Qeyd edək ki, müəllif 1951-ci ildə Cəlilabadda anadan olub, uzun illər pedaqoji fəaliyyətlə məşğul olub və ədəbi yaradıcılıqla paralel şəkildə məşhurlaşıb. Onun ilk şeirlər kitabı 2015-ci ildə nəşr olunub.