4 ildir sevgili olsalar da, evlənmək istəmir

4-ildir-sevgili-olsalar-da-evlenmek-istemir
Oxunma sayı: 1051

“Hollivud ulduzu Bred Pitt uzun müddətdir birlikdə olduğu zərgərlik məmulatları dizayneri İnes de Ramon ilə evlənməyi planlaşdırmır”​.

“Qafqazinfo” xəbər verir ki, bu barədə cütlüyə yaxın mənbəyə istinadla “Page Six” nəşri məlumat yayıb.

Adının çəkilməsini istəməyən mənbənin sözlərinə görə, 33 yaşlı dizayner aktyorun ailəsi ilə çox yaxın münasibət qurmağı bacarıb və qohumları onu ilk gündən qucaq açıb qarşılayaraq öz ailələrinin bir üzvü kimi qəbul ediblər:

“Lakin İnesin hər kəslə bu qədər yaxınlaşmasına baxmayaraq, 62 yaşlı Bred Pittin rəsmi nikah masasına oturmaq kimi bir planı yoxdur”.

Mənbə əlavə edib ki, İnes de Ramon müntəzəm olaraq Pittin qardaşı, bacısı, eləcə də bacısı və qardaşı uşaqları ilə sıx təmasda saxlayır, ailə tədbirlərində iştirak edir və onlarla fərdi şəkildə yaxından tanış olmaq üçün xüsusi səy göstərir:

“O, saatlarla hər kəslə birgə oturub gülə, zarafatlaşa bilir və bu mühitdə özünü tamamilə rahat hiss edir. Bu münasibətlərdə heç bir sünilik yoxdur”.

Xatırladaq ki, Bred Pitt və İnes de Ramon 2022-ci ildən bəri sevgilidirlər. Aktyor 2016-cı ildə keçmiş həyat yoldaşı, məşhur aktrisa Ancelina Coli  ilə yollarını ayırıb və onların uzun illər davam edən rəsmi boşanma prosesi yalnız 2024-cü ilin dekabrında tam başa çatıb. İnes de Ramon isə daha əvvəl “Vampir gündəlikləri” serialının ulduzu Pol Uesli ilə evli olub və onlar da 2022-ci ildə boşanıblar.