Ukraynada qırıcı təyyarə qəzaya uğradı

ukraynada-qirici-teyyare-qezaya-ugradi
Oxunma sayı: 544

Ukrayna Hərbi Hava Qüvvələri Poltava vilayəti üzərində döyüş tapşırığını yerinə yetirən MiQ-29 qırıcı təyyarəsi ilə əlaqənin itirildiyini açıqlayıb.

“Qafqazinfo”nun xəbərinə görə, bildirilib ki, təyyarənin hansı səbəbdən qəzaya uğradığı hələlik məlum deyil və insidentin bütün detalları araşdırılır.

Hərbi Hava Qüvvələrinin açıqlamasında pilotun vaxtında katapult etdiyi, axtarış-xilasetmə qrupu ilə əlaqə saxladığı və tibbi müayinə üçün xəstəxanaya çatdırıldığı bildirilib. Onun vəziyyəti barədə əlavə məlumat verilməyib.