İsti hava xəbərdarlığı “isti hava” konfransını təxirə saldı

isti-hava-xeberdarligi-isti-hava-konfransini-texire-saldi
Oxunma sayı: 428

Ekstremal istilər Avropanı ağuşuna alıb, yüksək temperatur səbəbindən 7 ölkədə “sarı” təhlükə səviyyəsi elan edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Independent” qəzeti məlumat yayıb.

Məqalədə maraqlı və paradoksal bir məqama da toxunulub:

“Londondakı anomal istilər elə anomal istilər probleminə həsr olunmuş tədbirin təxirə salınmasına səbəb olub”.

Söhbət London İqtisadiyyat Məktəbinin (LSE) kitabxanasında İqlim Dəyişikliyi ilə Mübarizə Həftəsi çərçivəsində keçirilməsi planlaşdırılan konfransdan gedir. Meteorologiya xidmətinin əlverişsiz hava şəraiti ilə bağlı “qırmızı” xəbərdarlıq yaymasından sonra tədbir dərhal ləğv olunub.

Konfrans təşkilatçıları bildiriblər ki, Londonun əksər binalarında olduğu kimi, universitet binasında da soyutma və havalandırma sistemləri yoxdur. Bu səbəbdən belə bir hava şəraitində qapalı məkanda konfrans keçirmək insanların sağlamlığı üçün ciddi təhlükə yarada bilərdi.

Qeyd edək ki, hazırda Almaniya, Fransa, Polşa, İsveçrə, Rumıniya və Slovakiyada da havanın temperaturunun 40°C-ni ötəcəyi proqnozlaşdırılır.