Ukrayna klubu Andrade üçün bu qədər ödəyib

ukrayna-klubu-andrade-ucun-bu-qeder-odeyib
Oxunma sayı: 560

“Qarabağ”ın aparıcı futbolçularından olan Leandro Andrade Ukrayna klubuna transfer olunub.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna Premyer Liqasının bürünc mükafatçısı “Polissya Jitomir” Kabo-Verde əsilli vingerlə rəsmi müqavilə imzalayıb.

Klubun mətbuat xidmətinin yaydığı məlumata görə, Portuqaliya vətəndaşlığı da daşıyan 26 yaşlı futbolçu ilə 2029-cu ilin iyun ayının sonuna kimi müqavilə bağlanıb. Yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Ukrayna təmsilçisi bu transfer üçün Ağdam klubuna 3 milyon avro ödəyib.

Xatırladaq ki, Kabo-Verde millisinin üzvü “Qarabağ”ın heyətində hücum xəttinin əsl liderinə çevrilmişdi. O, “köhlən atlar”ın heyətində ümumilikdə 213 oyuna çıxıb, 60 qol vurub və 61 məhsuldar ötürmə müəllifi olub.