Tovuzda maşın aşdı - 20 yaşlı oğlan öldü-Fotolar

tovuzda-masin-asdi
Oxunma sayı: 355

Tovuzda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Yanıqlı kəndində qeydə alınıb.

Məlumata görə, “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində 2006-cı il təvəllüdlü Nəsimi Rəhimov hadisə yerində ölüb. Daha iki nəfər müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd olunub ki, xəsarət alanlar 2006-cı il təvəllüdlü Əli Məmmədov və 2006-cı il təvəllüdü Asim Xanmirzəyevdir.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev