Pley-off matçını buraxa bilər

pley-off-matcini-buraxa-biler
Oxunma sayı: 173

İspaniya millisinin hücumçusu Niko Uilyams zədə səbəbindən dünya çempionatının pley-off mərhələsini qaçıra bilər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Gənc ulduz qrup mərhələsinin son turunda Uruqvaya qarşı keçirilən matçda zədələnib.

İspaniya yığmasının baş məşqçisi Luis de la Fuente futbolçunun vəziyyəti ilə bağlı hələlik dəqiq diaqnozun olmadığını bildirib:

“Gözləmək lazımdır. Hazırda diskomfort hiss edir. Bu, sadəcə əzələ gərginliyi və ya yorğunluq da ola bilər. Müayinələrdən sonra bəlli olacaq”.

Qeyd edək ki, İspaniya millisi gərgin keçən oyunda Uruqvay kollektivini 1:0 hesabı ilə məğlub edib. Matçın taleyini ilk hissənin sonunda Aleks Baenanın vurduğu yeganə qol həll edib. Bu qolda uruqvaylı qapıçı Fernando Musleranın ciddi səhvi də rol oynayıb. Uruqvayın baş məşqçisi Marselo Byelsa heyət seçimində səhv etdiyini dolayısı ilə etiraf edərək, fasilədə Musleranı seçmə mərhələ boyunca əsas qapıçı olan Sebastyan Roçetlə əvəzləyib.

Məlumat üçün bildirək ki, qrup mərhələsində qapısını toxunulmaz saxlayan İspaniya millisi 1/16 finalda J qrupunun ikincisi ilə qarşılaşacaq. Bu rəqib isə üçüncü turda üz-üzə gələcək Avstriya və ya Əlcəzair yığmalarından biri olacaq.