Binəqədidə yol çöküb.
“Qafqazinfo” Baku.ws-ə istinadən xəbər verir ki, yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.
Bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.
Şikayətçi bildirib ki, lükün ətrafında asfalt örtüyü çöküb. Lakin ərazidə xəbərdaredici nişan quraşdırılmayıb.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə sorğu ünvanlamışıq.
***
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, məsələnin Agentliyə aidiyyəti yoxdur: “Bu rabitə xəttinin baxış qapağıdır. Aidiyyəti üzrə məlumat verilib tərəfimizdən ki, problem aradan qaldırılsın”.
Ərazidən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər