Ağdam rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo”nun məlumatına görə, qəza işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “Opel” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Qəza nəticəsində 2 nəfər hadisə yerində həyatını itirib, 4 nəfər isə ağır xəsarət alıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadalarının iki avtomobili cəlb olunub. Yaralılara ilkin tibbi yardım göstərilməsi və onların xəstəxanaya çatdırılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.
***
Ağdamda baş verən qəza zamanı ölən və yaralananların kimliyi məlum olub.
Qəza zamanı “VAZ-2107” markalı avtomobilin sürücüsü Cəsarət Hacıyev və sərnişini Kərimov Surxay ölüb. Xəsarət alanlar isə “Opel” sürücüsü Süleymanov Yunis, Səfərli Fuad, Səfərli Elmir, Məmmədova Alimə müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər