Vozinyanın anasına viza verildi

vozinyanin-anasina-viza-verildi
Oxunma sayı: 955

Kabo-Verde millisinin qapıçısı Vozinyanın anasına dünya çempionatını izləmək üçün ABŞ vizası verilib.

“Qafqazinfo” BBC-yə istinadən xəbər verir ki, bu barədə onun anası Ana Candida Evora danışıb.

O bildirib ki, çempionatda oğluna dəstək olmaq, güc və cəsarət vermək üçün ABŞ-yə gedir. 

Xatırladaq ki, Vozinya turnirin ilk ulduzlarından birinə çevrilmişdi. O, İspaniya ilə gözlənilməz 0:0 hesablı heç-heçə zamanı 7 qurtarış edərək komandasını xilas etmişdi. Matçdan sonra 40 yaşlı qapıçı bildirmişdi ki, anası yüksək xərclərə görə viza ala bilməyib.

Həmçinin qolkiperin İspaniya ilə matçdan sonra 50 minlik instaqram hesabı 2 milyona çıxmışdı.

Bundan sonra ABŞ Nümayəndələr Palatasındakı Demokratların lideri Hakeem Ceffris açıqlayıb ki, viza rüsumları ləğv edilib və qapıçının anasının səfəri üçün bütün təşkilati işlər görülüb.