“Hər bir bölgəmizdə müxtəlif fermer təsərrüfatları var ki, çox yenilikçi yanaşırlar, müasir aqrar fəaliyyətlə məşğuldurlar və yeni texnologiyalar tətbiq edirlər”.
“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “AzTV”yə müsahibə zamanı deyib.
“Xaçmazda bir ferma var, oranı idarə edənlərdən biri İsraildə baytarlıq sahəsində təhsil alıb. Mən deyərdim ki, o ferma Azərbaycanda ən yüksək məhsuldarlıq əldə edən fermadır. Orada 1 inəkdən 40 litirdən çox süd alırlar. Azərbaycan bunu əldə edə bilib. Mən hesab edirəm ki, bu böyük uğurdur”,- deyə nazir qeyd edib.
Son xəbərlər
Son Xəbərlər