Masallıda hesabat yığıncağı keçirilib - Fotolar

masallida-hesabat-yigincagi-kecirilib
Oxunma sayı: 398

Masallı rayonunda 2025-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev, Milli Məclisinin sədr müavini Musa Qasımlı, Milli Məclisin deputatı Fəzail İbrahimli, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, Dövlət Himni səsləndirilib, Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov hesabat məruzəsi ilə çıxış edərək 2025-ci ildə rayonda görülmüş işlər, əldə olunmuş sosial-iqtisadi nəticələr və 2026-cı ildə qarşıda duran prioritet vəzifələr barədə ətraflı məlumat verib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci il ölkəmiz üçün inkişaf və tərəqqi ili olub, həyata keçirilən ardıcıl islahatlar nəticəsində iqtisadi sabitlik möhkəmlənib, əhalinin rifah halı yüksəlib. Bu inkişaf Masallı rayonunda da genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasına və sosial infrastrukturun yaxşılaşdırılmasına imkan yaradıb.

İclasda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, Milli Məclisin sədr müavini Musa Qasımlı, deputat Fəzail İbrahimli və digər çıxış edənlər görülmüş işləri müsbət qiymətləndirərək qarşıdakı dövr üçün tövsiyə və təkliflərini səsləndiriblər.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayev çıxışında Prezident İlham Əliyevin rəhbərliyi ilə 2025-ci ildə həyata keçirilən dövlət siyasəti, strateji islahatlar və qarşıda duran yeni hədəflərdən bəhs edib, Masallı rayonunda gələcək dövrdə icra olunacaq əsas prioritet istiqamətləri diqqətə çatdırıb.

Hesabat yığıncağının iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub və müraciətin mətni tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Sonda 2026-cı ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.