Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

kend-teserrufatinda-suni-zekadan-istifade-olunacaq
Oxunma sayı: 61

“Süni zəka layihəsi çərçivəsində biz 30-a yaxın modul üzərində işləyirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov “AzTV”yə müsahibə zamanı deyib.

O bildirib ki, bunlardan artıq 8-9 ədədi test mərhələsindədir.

“Bunlara torpaq xəritəsi, bitki xəritəsi, bitki sağlamlığı xəritəsi, fermer reytinqi, məhsuldarlığın proqnozlaşdırılması, dərmanların optimal tətbiqi, örüş və otlaqların idarə edilməsi kimi modulları misal göstərmək olar. Bunların hamısının məqsədi sahədən toplanan data əsasında həm peyk, həm dronlar, həm də müxtəlif cihazlar vasitəsilə məlumatların süni zəka ilə emal edilməsi və mövcud vəziyyət, iqlim, torpaq şəraiti, tarixi məlumatlar nəzərə alınaraq fermerlərə dəqiq məlumatlar verilməsi xidmətinə nail olmaqdır”,- deyə nazir vurğulayıb.