İmişlidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

imislide-masinlar-toqqusdu
Oxunma sayı: 347

İmişli rayonunda yol-nəqliyyat qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil yolunun rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

Qəzada xəsarət alanlar rayon xəstəxanasına aparılıb.

Surxay Şahbazov