Gələn il cəmi güzəşt və azadolmaların məbləği 7.6 milyarda çatacaq

gelen-il-cemi-guzest-ve-azadolmalarin-meblegi-76-milyarda-catacaq
Oxunma sayı: 204

“Məlum olduğu kimi, Maliyyə Nazirliyi tərəfindən vergi-gömrük güzəşt və azadolmaların qiymətləndirilməsi aparılır. Qiymətləndirmələr göstərir ki, 2027-ci ildə cəmi güzəşt və azadolmaların məbləği 7.6 mlrd. manata və ya proqnozlaşdırılan ÜDM-in 5.4 faizə çatması gözlənilir”.

“Qafqazinfo” xəbər verir ki, bunu Maliyyə Nazirliyinin Aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Vergi Məcəlləsinə təklif olunan dəyişikliyin müzakirəsi zamanı bildirib.

“2026-cı ilin sonuna gözlənilən azadolmaların məbləği ilə müqayisədə bu 630 milyon manat və ya 0.4 faiz bəndi çoxdur. Müqayisə üçün Gürcüstanda güzəştlər ÜDM-in 4.6%-i, Türkiyədə 4.5%-i, OECD ölkələrində 4.7%-i həcmindədir.

İndi isə qısa şəkildə güzəşt və azadolmaların 7.6 mlrd. manatlıq məbləğinin bölgüsünü diqqətinizə çatdırıram. Büdcə gəlirlərini təmin edən orqanlar üzrə dekompozisiya apardıqda, vergi daxilolmaları üzrə 4.2 mlrd. manat və ya cari illə müqayisədə 9% çox, idxal əməliyyatları üzrə 3.4 mlrd. manat və ya cari illə müqayisədə 11% çox güzəşt və azadolma var. İqtisadi sektorlar üzrə bölgüyə gəldikdə, neft sektoru üzrə 436.0 mln. manat, qeyri-neft sektoru üzrə 7.1 mlrd.manat  təşkil edir. Hər 2 komponentdə cari illə müqayisədə 9% artım gözlənilir. Nəhayət 7.6 mlrd. manatın 4.4 mlrd. manatı “güzəşt”, 3.2 mlrd. manatı “azadolma” meyarına uyğun gəlir”, - Asif Qasımov qeyd edib.

Nuranə Daxilqızı