Ayxan Abbasov Mezzoteronu milliyə çağırdı - Heyət açıqlandı

ayxan-abbasov-mezzoteronu-milliye-cagirdi
Oxunma sayı: 542

Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn və yoldaşlıq oyunu çərçivəsində Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

“Qafqazinfo” AFFA-nın saytına istinadən 27 nəfərlik siyahıda İtaliyanın B seriyası təmsilçisi "Sampdoriya" klubunda çıxış edən Lorenzo Mezzotero da var. Daha əvvəl Azərbaycanın U-21 millisinə çağırılan 18 yaşlı hücumçu ilk dəfə əsas yığmaya dəvət alır.

Bundan başqa, Eşqin Əhmədov ("Qəbələ") və Nihad Əhmədzadə ("Sumqayıt") də ilk dəfə əsas milliyə çağırılıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Murad Xaçayev (“Neftçi”), Cəlal Hüseynov (“Arda”, Bolqarıstan), Anton Krivotsyuk (“Daejeon Hana”, Cənubi Koreya), Rahil Məmmədov (“Araz-Naxçıvan”), Elvin Bədəlov (“Neftçi”), Rəhman Daşdəmirov (“Sabah”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Eşqin Əhməodv ("Qəbələ") Tellur Mütəllimov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”)

Yarımmüdafiəçilər: Ceyhun Nuriyev (“Araz-Naxçıvan”), Edqar Adilxanov (“Şamaxı”), Emin Mahmudov (“Neftçi”), Fərid Yusifli (“Şəfa”), Rəhim Sadıxov (“Turan Tovuz”), Rüfət Abdullazadə (“Kiryat Şmona”, İsrail), Emil Səfərov (“Neftçi”), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Oruc Məmmədov (“Şamaxı”), Ayxan Hüseynov (“Zirə”), Anatoli Nuriyev (“Kişvarda”, Macarıstan), Mustafa Əhmədzadə (“Araz-Naxçıvan”), Vüsal İsgəndərli (“Malisheva”, Kosovo), Nihad Əhmədzadə ("Sumqayıt")

Hücumçular: Musa Qurbanlı (“Qarabağ”), Mahir Emreli (“Rakuv”, Polşa), Renat Dadaşov (“Bukovina”, Ukrayna), Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya)

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də Lixtenşteynlə, noyabrın 16-da isə Andorra yığması ilə qarşılaşacaq. Hər iki görüş səfərdə keçiriləcək.