Lənkəran rayonunun Velədi kəndində vətəndaş köməksiz vəziyyətdə qalıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş - 1970-ci il təvəllüdlü Məhərrəmov Taleh Abidin oğlu “İsuzu” markalı avtobusun təmiri zamanı nəqliyyat vasitəsinin dayaqdan sürüşməsi nəticəsində avtobusun altında köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin tətbiqi ilə T. Məhərrəmov nəqliyyat vasitəsinin altından çıxarılaraq xilas edilib.
Son xəbərlər
Son Xəbərlər