Zelenski onu vəzifəyə təyin etdi

zelenski-onu-vezifeye-teyin-etdi
Oxunma sayı: 108

Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) rəis müavini Oleksandr Pokladın qurumun rəhbəri vəzifəsini müvəqqəti icra etməsi barədə fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə rəsmi fərman dövlət başçısının saytında dərc olunub.

Məlumata görə, Oleksandr Poklad 2023-2026-cı illərdə SBU rəisinin müavini vəzifəsini tutub, ondan əvvəl isə Ukrayna Əks-kəşfiyyat Departamentinin rəhbəri olub.

Poklad bu postda Yevgeni Xmaranı əvəz edəcək.

Qeyd edək ki, Yevgeni Xmara ötən gün müdafiə nazirinin vəzifələrini müvəqqəti icra edən şəxs təyin olunub. Müdafiə naziri postunu isə ondan əvvəl bu yaxınlarda istefaya göndərilən Mixail Fedorov tuturdu.