Qaradağda zəncirvari qəza - Tıxac yarandı

qaradagda-zencirvari-qeza
Oxunma sayı: 1037

Bakı şəhərinin Qaradağ rayonu ərazisində, Lökbatan yolunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə nəticəsində yolda böyük tıxac yaranıb.

İlkin məlumata görə, 5-dən çox avtomobil qəzaya düşüb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunublar.

Qəzanın başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı rəsmi məlumat açıqlanmayıb.