“Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfrans iştirakçıları üçün iyulun 17-də Qubaya mediatur təşkil edilib.
“Qafqazinfo” xəbər verir ki, mediaturun məqsədi iştirakçıları Azərbaycanın zəngin dini-mədəni irsi, tarixən formalaşmış tolerantlıq ənənələri və müxtəlif dini konfessiyaların ölkəmizdə sərbəst fəaliyyəti üçün yaradılmış şəraitlə yaxından tanış etmək olub.
Qonaqlar əvvəlcə Quba şəhərində yerləşən “Cümə” məscidini ziyarət ediblər.
Sonra iştirakçılar “Səkinəxanım” məscidində bu tarixi ibadət məkanının memarlıq xüsusiyyətləri, onun qorunması istiqamətində görülən işlər və dini icmanın fəaliyyəti ilə tanış olublar.
Qeyd edilib ki, məscid XIX əsrin ortalarında Abbasqulu ağa Bakıxanovun xatirəsini əbədiləşdirmək məqsədilə həyat yoldaşı Səkinə xanım Bakıxanovanın şəxsi vəsaiti hesabına inşa olunub.
Mediatur Quba rayonunun Qırmızı Qəsəbəsində davam edib. Buradakı “Altıgünbəz” sinaqoqunda iştirakçılara bildirilib ki, sinaqoq XIX əsrin inşa olunub və Qırmızı Qəsəbənin dini həyatında mühüm rol oynayıb. Vaxtilə bölgənin əsas ibadət məkanlarından biri olan sinaqoq dövlət tərəfindən bərpa edilərək qorunur və bu gün də dini-mədəni irsin mühüm nümunəsi kimi fəaliyyət göstərir.
Daha sonra iştirakçılar Dağ Yəhudiləri Muzeyini ziyarət ediblər.
Mediatur çərçivəsində qonaqlar dini icmaların nümayəndələri ilə fikir mübadiləsi aparmaq və onları maraqlandıran suallara cavab almaq imkanı əldə ediblər.






Son xəbərlər
Son Xəbərlər