Xəstəliyinə görə oğlunun yanında ola bilməyəcək

xesteliyine-gore-oglunun-yaninda-ola-bilmeyecek
Oxunma sayı: 428

İspaniya milli komandasının hücumçusu Lamin Yamalın atası Munir Nasraui DÇ-2026-nı stadiondan izləmək üçün niyə ABŞ-yə getmədiyinin səbəbini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Heraldo” nəşri məlumat yayıb.

Nasraui ABŞ-yə yollanmamasının arxasında ciddi səhhət problemlərinin dayandığını etiraf edib:

“Bu mənim üçün çox ağırdır. Mən epilepsiya (qıcolma) xəstəliyindən əziyyət çəkirəm, hər gün kifayət qədər çox dərman qəbul etmək məcburiyyətindəyəm. Buna baxmayaraq, bəzən yenə də qıcolma tutmalarım olur. Güclü həyəcan və emosiyalar növbəti tutmaya səbəb ola bilər.

Məhz bu səbəbdən atdığım hər addımı incəliyinə qədər düşünməliyəm. Səyahətə çıxmazdan əvvəl həm özümü, həm oğlumu, həm də ətrafımdakı insanları düşünməliyəm. Orada problem yarada bilərəm, ona görə də evdə qalıb oyunu televizordan izləmək mənim üçün ən yaxşısıdır”.

Xatırladaq ki, DÇ-2026-nın finalında İspaniya yığması Argentina millisi ilə qarşı-qarşıya gələcək. Titul uğrunda həlledici qarşılaşma iyulun 19-da İst-Reterfordda (Nyu-Cersi) baş tutacaq.