Əvvəl arvadını, sonra özünü bıçaqlamaqda şübhəli bilinir - Yenilənib

evvel-arvadini-sonra-ozunu-bicaqlamaqda-subheli-bilinir
Oxunma sayı: 1055

Ağcabədi rayonunda ər-arvad bıçaq xəsarətləri alıblar.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Ağabəyli kəndində baş verib.

33 yaşlı Əlimərdan Ağayev əvvəlcə 27 yaşlı həyat yoldaşı Mehparə Ağayevaya daha sonra özünə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinir.

Yaralı ər-arvad xəstəxanaya çatdırılıb və əməliyyat olunublar.

Faktla bağlı araşdırma davam etdirilir.

***

TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 14:30 radələrində xəsarət alması səbəbilə 2 nəfər (1 kişi, 1 qadın) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

1993-cü il təvəllüdlü (kişi) və 1999-cu il təvəllüdlü (qadın) şəxslərə döş qəfəsinin soltərəfli ön səthin kəsilmiş, deşilmiş yarası diaqnozu təyin edilib.

Hazırda hər iki pasiyentin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. 

Vəziyyətləri orta ağır qiymətləndirilir.

Ziya Əmirxanlı