Trampla xanımını o tanış edib?

trampla-xanimini-o-tanis-edib
Oxunma sayı: 3042

ABŞ Ədliyyə Departamentinin (DOJ) yanvarın 30-da açıqladığı “Epşteyn sənədləri”ndə Prezident Donald Tramp və birinci xanım Melaniya Trampla bağlı sensasiyalı məqamlar yer alıb.

“Qafqazinfo” xəbər verir ki, məxfilikdən çıxarılan 3,5 milyon səhifəlik nəhəng arxivdə Epşteynin keçmiş köməkçisinin 2019-cu ildə FTB-yə verdiyi ifadə diqqət çəkir.

Şəxsiyyəti açıqlanmayan köməkçinin iddiasına görə, Melaniya Trampı Donald Trampla məhz Ceffri Epşteyn tanış edib.

Qeyd edək ki, 2025-ci ilin avqust ayında M. Trampın vəkilləri həmin iddiaları ictimaiyyətə açıqlayan sabiq ABŞ Prezidenti Co Baydenin oğlu Hanter Baydenə rəsmi xəbərdarlıq göndəriblər. Onlar sözügedən iddianın “böhtan” olduğunu bildirərək, 1 milyard dollar təzminat tələbi ilə məhkəmə hədəsi gəliblər. H. Bayden isə məlumatın mediada yer alan rəsmi sənədlərə əsaslandığını bildirərək, üzr istəməkdən imtina edib.

Məlumat üçün bildirək ki, yeni sənədlər 1990-cı illərdə D. Trampın Epşteynin şəxsi təyyarəsində əvvəllkilərdən daha çox uçuş etdiyini təsdiqləyir. Uçuşun detallarına görə, bəzi səfərlərdə Trampla yanaşı onun ailə üzvləri də iştirak edib. Həmçinin, İlon Mask və Bill Qeyts kimi simaların Epşteynlə yazışmaları da sənədlər arasındadır.

Xatırladaq ki, DOJ bəzi sənədlərdə Tramp haqqında 2020-ci il seçkiləri ərəfəsində verilmiş “əsassız və sensasiyalı” iddiaların da yer aldığını vurğulayıb. Tramp isə həmin materialların yayımlanmasını “siyasi rəqiblərin hücumu” kimi qiymətləndirərək, sözügedən iddiaları təkzib edib.