Azərbaycan yığmasının müdafiəçisi Toral Bayramov “Qarabağ”dan ayrılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi səhifələri məlumat yayıb.
O, Türkiyənin “Bursaspor” klubuna keçib.
Qeyd edək ki, 2020-ci ildən “Qarabağ”da çıxış edən Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə ölkə kubokunu qazanıb. Bayramov millidə keçirdiyi 40 oyunda 5 qola imza atıb.
Son xəbərlər
Son Xəbərlər