Zərdabda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Çallı kəndi ərazisində olub.
Belə ki, Qabil Vahidov idarə etdiyi “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı dəmir məhəccərə çırpılıb.
Qəza zamanı sürücü Q.Vahidov və avtomobildə olan sərnişinlər Əhməd Əzizov, Elgün Ömərov və Cəbrayıl Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər