Ağır vəziyyətdə xəstəxanaya aparılan 1 yaşlı uşaq öldü

agir-veziyyetde-xestexanaya-aparilan-1-yasli-usaq-oldu
Oxunma sayı: 878

Gəncədə 1 yaşlı uşaq xəstəxanada ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Gəncə Birləşmiş Uşaq Xəstəxanasında qeydə alınıb.

Belə ki, uşaq Tərtər rayonundan ağır vəziyyətdə gətirilib.

Həkimlərin müdaxiləsinə baxmayaraq, J. T-nin həyatını xilas etmək mümkün olmayıb.

Azyaşlının ölüm səbəbi hələlik məlum deyil.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev