Su İdmanı Federasiyası “Zəfər Kuboku” turniri təşkil edib - Fotolar

su-idmani-federasiyasi-zefer-kuboku-turniri-teskil-edib
Oxunma sayı: 618

Azərbaycan Su İdmanı Federasiyası 7-10 noyabr tarixlərində Zəfər Gününə həsr olunan yelkən idmanı üzrə yarış keçirib.

“Qafqazinfo” xəbər verir ki, “Zəfər Kuboku”nda 20-dən çox idmançı 4 kateqoriya üzrə mübarizə aparıb.

Yarış iştirakçıları Optimist yeniyetmələr (Junior), Optimist ümumi kateqoriya, Optimist qızlar və ILCA 4 sinifləri üzrə qalibləri müəyyənləşdiriblər.

Mükafatçılara federasiya tərəfindən diplomlar təqdim edilib.

“Zəfər Kuboku” yarışının texniki nəticələri aşağıdakı kimidir:

Optimist yeniyetmələr (Junior)

1. Kamilla Həsənova

2. Gülnisə İsmayılova

3. ⁠Leyli Məmmədli

Optimist ümumi kateqoriya

1. Kamal Bəşirli

2. ⁠Amin Cəlilzadə

3. ⁠Nurlan Ağazadə

Optimist qızlar

1. Kamilla Həsənova

2. ⁠Səma Mansurzadə

3. ⁠Yağmur Həsənli

ILCA 4

1. Mikayıl Məmmədzadə