Nazir müavini 2030-cu ilə olan hədəfi açıqladı

nazir-muavini-2030-cu-ile-olan-hedefi-aciqladi
Oxunma sayı: 1745

“2027-cı ilin dövlət büdcəsinin xərcləri 42,4 milyard manat həcmində proqnozlaşdırılır. Bu, cari illə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur”.

“Qafqazinfo” xəbər verir ki, bunu maliyyə nazirinin müavini Himalay Məmişov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin bu gün keçirilən birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

“Ortamüddətli dövrdə, yəni 2023-2027-ci illərdə dövlət büdcəsinin xərcləri 5,9 milyard manat və ya 16,3 faiz artıb. Növbəti il üçün dövlət büdcəsi xərclərinin 26,4 milyard manatı və ya 62,3 faizi cari xərclərə, 13,8 milyard manatı və ya 32,5 faizi əsaslı xərclərə, 2,2 milyard manatı və ya 5,2 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcək.

Qeyd etmək istərdim ki, 2027-ci il üzrə cari xərclərin 90,1 faizi qeyri neft-qaz sektoru üzrə daxilolmaların hesabına qarşılanacaq. Bu 2026-cı illə müqayisədə 2,1 faiz-bəndi çoxdur. 2030-cu ilə hədəfimiz cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına qarşılanmasıdır”, - nazir müavini qeyd edib.

Nuranə Daxilqızı