Sabah bu ərazilərdə qaz olmayacaq - Xəbərdarlıq

sabah-bu-erazilerde-qaz-olmayacaq
Oxunma sayı: 1440

Sabah paytaxtın bir sıra ərazilərində qaz kəsiləcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.

Bildirilib ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, Yasamal rayonu, M.Şərifzadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş sızmanın aradan qaldırılması məqsədilə 22.01.2026-cı il saat 10:00-dan etibarən bəzi ərazilərin qaz təchizatı dayandırılacaq.