Rusiyada robotlardan ibarət rota yaradıldı

rusiyada-robotlardan-ibaret-rota-yaradildi
Oxunma sayı: 1102

Rusiya ordusunun Aleksandr Nevski adına briqadasında yerüstü robototexniki komplekslərdən ibarət xüsusi rota fəaliyyətə başlayıb. 

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, yeni rota təchizat və döyüş tapşırıqlarında istifadə olunacaq. 

Rota “Çеlnok”, “Omiç‑2” və “Kuryer” adlanan üç tip yerüstü robot komplekslərindən ibarətdir. Həm təkər, həm də tırtıl sisteminə malik bu komplekslər silah daşımaq qabiliyyətinə malikdir. “Kuryer” modelləri ağır kalibrli pulemyot və avtomatik qumbaratanla təchiz olunub.

30‑dan çox marşrut üzrə istifadə olunan komplekslərin son altı ay ərzində artıq 350‑dən çox reys həyata keçirdiyi və 120 tondan çox yük daşıdığı bildirilir. Məlumata görə, onlardan istifadə yükdaşıma vaxtını təxminən 80% azaltmağa imkan verir.