Tanınmış televiziya aparıcısı və iş adamı Ramal İsayev turizm sahəsində yeni layihəsini təqdim edib.
Onun “Fm Tour” turizm şirkəti artıq ölkənin ən tanınmış influenserləri ilə rəsmi əməkdaşlığa başlayıb.
Ramal İsayev bu barədə sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, şirkət olaraq əsas və geniş auditoriyaya malik bloqerlərlə müqavilələr imzalanıb. Bu addımın əsas məqsədi daha çox insana çatmaq və insanları səyahətə təşviq etməkdir.
Paylaşımda qeyd olunub ki, layihə çərçivəsində ölkənin tanınan influenserləri ilə birgə fəaliyyət göstəriləcək və turizm sahəsində yeni, maraqlı layihələr həyata keçiriləcək. İsayev vurğulayıb ki, bu əməkdaşlıq sayəsində həm yerli, həm də xarici istiqamətlər üzrə səyahət mədəniyyətinin inkişafına töhfə verilməsi planlaşdırılır.
Qeyd edək ki, layihəyə cəlb olunan influenserlər arasında sosial şəbəkələrdə böyük izləyici kütləsinə sahib əsas bloqerlər yer alır. Bu isə “Fm Tour”un qısa müddətdə geniş auditoriyaya çıxış əldə etməsinə imkan yaradacaq.
Yeni əməkdaşlığın turizm sektorunda necə təsir göstərəcəyi isə maraqla gözlənilir.






Son xəbərlər
Son Xəbərlər