Qəddafinin oğlu öldürüldü

qeddafinin-oglu-olduruldu
Oxunma sayı: 1714

Liviyanın sabiq lideri Müəmmər Qəddafinin oğlu Seyf əl-İslam ölkənin qərbində yerləşən Əz-Zintan şəhərində öldürülüb.

“Qafqazinfo” xəbər verir ki, bunu onun vəkili Khaled el-Zaydi açıqlayıb.

Onun ölüm şəraiti hələ dəqiq məlum deyil.

Qeyd edək ki, Seyf əl-İslam 2011-ci il inqilabından sonra uzun müddət siyasi səhnədə yox idi.

2021-ci ildə prezident seçkilərinə namizəd kimi qeydiyyatdan keçsə də, seçkilər siyasi səbəblərdən ləğv olunmuşdu.

O, 2015-ci ildə insanlıq əleyhinə cinayətlərə görə qiyabi ölüm cəzasına məhkum edilmişdi.